14-05-2016 [14:21]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə yeni iqtisadi münasibətlər formalaşıb, mülkiyyət çoxnövlülüyü təmin edilib, azad rəqabət şəraiti yaradılmış və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilərək özəl sektorun davamlı inkişafına nail olunub.
Məlum olduğu kimi, ölkə başçısı lham Əliyev tərəfindən 2016-cı il ölkədə dərin iqtisadi islahatlar ili elan edilmiş və islahatların geniş miqyası müəyyənləşdirilib.
İqtisadi inkişafda əsas prioritet kimi qəbul edilən özəl sektorun davamlı inkişafına nail olunması məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən cari ildə böyük əhəmiyyət daşıyan bir çox ciddi sərəncamlar imzalanmış və qanunlar qəbul edilib.
Mia.az xəbər verir ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yerli icra hakimiyyəti sisteminə daxil olan aidiyyəti dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının nümayəndələrindən ibarət xüsusi qərargah yaradılıb və "Tədbirlər Planı” işlənərək təsdiq edilib.
"Tədbirlər Planı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla davam etdirilməkdədir.
Ötən müddət ərzində dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da qeyri məşğul əhalinin yeni iş yerləri ilə təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılıb.
Qaradağ rayonu üzrə ümumilikdə ötən müddət ərzində dövlət və qeyri-dövlət müəssisələri tərəfindən mövcud olan 1175 vakansiya üzrə 1076 nəfər qeyri məşğul əhali iş yerləri ilə təmin edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına müvafiq olaraq rayonun Lökbatan, Sahil, Qızıldaş, Ələt və Qobustan qəsəbələrində mövcud olan 274 ədəd qamış və taxta konstruksiyadan ibarət yaşayış sahələrinin sökülərək yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Artıq Lökbatan qəsəbəsində yeni yaşayış binalarının tikintisinə başlanılmış və həmin tikinti işlərində qeyri məşğul əhalinin 600-650 nəfərinin işlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib.
Belə ki, Rayonun Sahil qəsəbəsində 9 nömrəli xüsusi internat məktəbində 180 yerlik yeni tədris korpusu inşa edilmiş, Puta qəsəbəsində 120 yerlik 326 nömrəli uşaq bağçası (körpələr evi) yenidənqurma işləri aparılaraq əsaslı təmir olunmuş və Qobustan qəsəbəsində 80 yerlik "Şəngülüm” uşaq bağçası (körpələr evi) əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Bundan başqa Korgöz qəsəbəsində yeni yaradılmış istirahət parkı qəsəbə sakinlərinin istifadəsinə verilib.
Azərbayacan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli, 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda xüsusi iqtisadi zonalar dəstək tədbirləri öz əksini tapıb.
Azərbaycanın Şərqdən Qərbə yolun üzərində yerləşməsi və bu, coğrafi şərait ölkədə azad iqtisadi zonaların yaradılması üçün əlavə imkanlar açır.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli mühüm Sərəncam imzalayıb.
Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması gələcəkdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsinə, qeyri-neft sektorunun müxtəlif sahələrində rəqabətqabiliyyətli istehsal sahələri şəbəkəsi yaratmaqla, ixrac potensialının artırılması proseslərinin sürətləndirilməsinə əlavə töhfələr verəcəkdir. Bunun nəticəsində ölkəmizdə, o cümlədən Qaradağ rayonunda yaşayan insanlar üçün yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır.









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi