Futbolçunu həyat yoldaşı və altıaylıq körpəsinin gözü önündə güllələdilər

img

13-05-2016 [23:31]


Argentinalı futbolçu Rodriqo Espindola Buenos-Ayres əyalətinin Monte-Qrande şəhərində yerləşən evi yaxınlığında qarətə cəhd zamanı qətlə yetirilib.

Mia.az Report-a istinadən xəbər verir ki, polis cinayətin cümə axşamı gecə törədildiyini bildirib.

"La Nacion" nəşrinin yazdığına görə, "Nueva Chicago" klubunun müdafiəçisi evinə yaxınlaşarkən quldurların hücumuna məruz qalıb. Espindola həyat yoldaşı və altıaylıq körpəsinin gözü önündə güllələnib.

Qarın nayihəsindən yaralanan 26 yaşlı futbolçu hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA