13-05-2016 [00:20]
Rusiyanın "Parlament qəzeti"ndə Dövlət Duması yanında Gənclər Parlamentinin ekspertlər Şurasının təşkilatçılığı ilə "İkinci Dünya müharibəsinin tarixinə həsr olunmuş Ümumrusiya testinin" nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Rusiyanın Dövlət Dumasının sədr müavini, Vahid Rusiya Partiyasından olan deputat Segey Jeleznyak, tarix üzrə "Ümumrusiya testi"nin koordinatoru Mariya Voropayeva, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov və layihənin tərəfdaşı Anton Şpakov iştirak ediblər.
Tədbirdə çıxış edən Qüdsi Osmanov Azərbaycanda bu tədbirin böyük maraqla qarşılandığını söyləyib. Diplomat Bakı şəhərinin "Qəhraman şəhər" adı ilə təltif edilməsi ideyasını səsləndirib: "Sovet dövründə Bakı şəhəri formal olaraq bu fəxri ad ilə təltif olunmayıb, halbuki, bakılıların qəhrəmanlığı olmasaydı, ümumi qələbə əldə olunmazdı. Böyük Vətən müharibəsində cəbhənin neftə olan tələbatının 80 faizini məhz Azərbaycan təmin edirdi".
Səfir müavini onu da qeyd edib ki, Bakı şəhərinə "Qəhraman şəhər" adı verilmədiyinə görə azərbaycanlılarda ədalətsizlik hissi mövcuddur: "Heç kəs şübhə altına qoymur ki, Bakı neftçilərinin düşmən üzərində qələbədə əvəzolunmaz rolu var, hətta demək olar ki, onların rolu lazımi qədər qiymətləndirilməyib. Sovet dövründə formal olaraq Bakıya "Qəhrəman şəhər" fəxri adı verilməyib. Lakin faktlar onu göstərir ki, Bakı neftçilərin əmək qəhrəmanlığı olmasaydı, bizim ümumi Qələbəmiz əldə olunmayacaqdı. Ona görə də, Bakıya "Qəhrəman şəhər" adı verilməlidir.
Böyük Vətən müharibəsinin əvvəlində Azərbaycanda 3 milyon 400 min əhali yaşayırdı, lakin altı yüz mindən çox, yəni, hər beşinci adam, müharibənin ayrı-ayrı cəbhələrində vuruşurdu. Sovet hərbi maşınlarının 80 faizi isə Azərbaycan yanacağı ilə doldurulurdu. Hətta əfsanəvi "Katyuşalar" üçün mərmilər Bakıda hazırlanırdı. Baxmayaraq ki, Bakı "Qəhrəman şəhər" adı ilə təltif olunmayıb, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 9 May - Qələbə günü - Azərbaycan Respublikasının rəsmi dövlət bayramları təqviminə daxil edilib".
Dövlət Dumasının sədr müavini Sergey Jeleznyak isə çıxışında xarici dövlətlərdə bu testə marağın böyük olduğunu söyləyib: "Test imtahanının keçirildiyi xarici ölkələr sırasında Avstraliya, Azərbaycan, Belçika, Belarus, İsrail, Ermənistan, İran, Kanada Norveç, Polşa, Özbəkistan, Ukrayna, İsveç və Yaponiya olub".
Rusiya parlamentinin vitse-spikeri testin faktiki olaraq bütün qitələrdə keçirildiyini vurğulayıb.
Qeyd edək ki, 23 aprel tarixində Rusiya ərazisində və 13 xarici ölkədə ilk dəfə olaraq İkinci Dünya müharibəsinin tarixinə həsr olunmuş "Ümumrusiya testi" keçirilib. Həmin tədbir ilk dəfə Azərbaycanda da təşkil olunub. Tədbirdə Bakının ayrı-ayrı məktəblərin şagirdləri və Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi