Mingəçevirdə sel fəlakəti – Evləri su basdı

img

11-05-2016 [11:05]


Ötən gecədən başlayaraq yağan aramsız yağışlar Mingəçevir şəhərində fərdi yaşayış evlərinə sel sularının dolması ilə nəticələnib.

Yevlax Suvarma Sistemləri İdarəsinə məxsus Havarlı Suvarma kanalının daşması nəticəsində Mingəçevirin Günəşli bağlar massivindəki həyətyanı evlər palçıq-lil içərisində qalıb.

Sel nəticəsində sakinlərin evləri, həyətyanı sahələri, tərəvəzləri yararsız vəziyyətə düşüb. Evlərin içərisini, zirzəmisini palçıqlı su basıb, kanalizasiya xətləri palçıqla dolub. Yaranmış palçıq topasını sakinlər gecə saatlarından təmizləməyə başlayıblar.

"Report"un məlumatına görə, Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində çalışırlar. Sel suları fərdi yaşayış evlərindən su motorları vasitəsilə çəkilib, həmçinin kanalların lildən təmizlənməsi işləri həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA