04-05-2016 [18:43]
Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək.
Mia.az xəbər verir ki, 17 gün ərzində qitənin diqqəti Azərbaycanda keçiriləcək yarışa yönələcək. On altı ən güclü yığmanın mübarizə aparacağı yarış gələcəyin ulduzlarını üzə çıxaracağından seleksiya baxımından da böyük əhəmiyyət kəsb edir. Bu üzdən qitənin bir sıra aparıcı klublarının skautları da Bakıya səfər ediblər.
İspaniya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya kimi yığmaların mükafata iddia etdiyi çempionata meydan sahibi kimi qatılan Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionatının həlledici mərhələsində oynayacaq. Ümumiyyətlə, bütün futbol yığmaları tarixində (futzal istisna olmaqla) ilk dəfə Avropa çempionatında ölkəmiz də olacaq. U-17 komandaların 15-ci çempionatının görüşləri Bakının 4 stadionunda oynanılacaq. "Qarabağ” stadionu qrupdakı 6, 8-ci kilometr stadionu və "Dalğa Arena” həmin raundun 6 görüşü ilə yanaşı, dörddəbir finalın 2 matçına da ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionu isə 6 qrup oyunu, yarımfinal və finalı qəbul edəcək.
Otuz bir matçdan ibarət 17 günlük turnir Avstriya–Bosniya və Herseqovina qarşılaşması ilə başlayacaq. Turnirin açılışı isə Azərbaycan–Portuqaliya görüşündən əvvələ təsadüf edəcək.
"A” qrupunda mübarizə aparan komandamız tarixinin ilk final mərhələsinə baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında çıxacaq. Dörddəbir finala vəsiqə verən ilk iki yer uğrunda mübarizədə komandamız Belçika və Şotlandiya ilə də üz-üzə gələcək.
Yığmamız kimi hakimlərimiz də çempionatın iştirakçıları arasında yer alıb. FİFA referiləri Əliyar Ağayev və Orxan Məmmədov turnirdə ehtiyat hakim kimi təmsil olunacaqlar. Onlardan başqa hakim-inspektor Asim Xudiyev də yarışa təyinat alıb.
17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi 4 qrup qrupdan ibarətdir:
"A” qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya
"B” qrupu: Almaniya, Ukrayna, Avstriya, Bosniya və Herseqovina
"C” qrupu: İngiltərə, İsveç, Fransa, Danimarka
"D” qrupu: İtaliya, İspaniya, Hollandiya, Serbiya.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi