İtaliyanın məşhur futbol klubu satıça çıxarıldı - Çin milyonçusu alıcı qismində iddiasını açıqladı

img

28-04-2016 [18:08]


İtaliyanın "Milan” futbol klubunun prezidenti və səhmdarı Silvio Berluskoni sahibi olduğu klubu satmaq qərarına gəlib.

Azərtac "Tuttosport” qəzetinə istinadla xəbər verir ki, klubun satışını ərsəyə gətirəcək danışıqların yekun mərhələsi artıq bu həftə sonu başa çatacaq. İki həftə ərzində isə işlərin hüquqi tərəfi tamamlanacaq.

Məlum olub ki, uzun müddət davam edən danışıqların nəticəsində klubun 700 milyon avroya satışı razılaşdırılıb. Berluskoni öz mövqeyini bu gün keçirilən "Milan”nın inzibati şurasının yığıncağında da bildirib. 

İtaliya mətbuatına sızan xəbərə görə, "Milan” futbol klubunun səhmləri Çin milyonçusu, "Alibaba”-şəxsi internet kommersiya şirkətinin sahibi Jek Maya satılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA