28-04-2016 [17:51]
Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Həsənov 11 aprel tarixində BMT QAK-ın rəsmi veb səhifəsində yayılmış, Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel 2016-cı il tarixində baş vermiş hadisələrlə bağlı və Dağlıq Qarabağ münaqişəsi barədə yanlış və təhrif olunmuş məlumatla bağlı ciddi iradlarını bildirib.
Diqqətə çatdırılıb ki, həmin məsələ ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov BMT QAK-ın ATƏT və BMT-nin Vyanadakı institutları yanında Əlaqələndirici Ofisinin rəhbəri Frank Remusla, ölkəmizin Cenevrədəki BMTBölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov BMTQAK-ın Cenevrədəki qərargahının mətbuat xidmətinin əməkdaşı Leo Dobs və Avropa Bürosunun əməkdaşı Anatoli Poucay ilə görüşlər keçirib.
Görüş zamanı həmin təhrif olunmuş məlumatların yol verilməz olduğu, ümumilikdə bu formada yazılmış məlumatların BMTQAK-ın qeyri-siyasi xarakterli mandatına uyğun olmadığı, yazıda ortaya qoyulan mövqeyin isə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və BMT-nin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyinə zidd olduğu ciddi şəkildə BMTQAK-ın nümayəndələrinin diqqətinə çatdırılıb. Baş nazirin müavini bildirib ki, həmin məlumatın veb səhifədən götürülməsinə baxmayaraq, bu məsələ ilə bağlı təkzib verilməlidir. Ə. Həsənov bununla bağlı ciddi xəbərdarlıq edib.
Ə. Həsənov bildirib ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulub. Bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəyib, evlər dağıdılıb, mülki sakinlər həlak olub: "Lakin BMT QAK-ın rəsmi veb səhifəsində yer almış press relizdə isə bundan heç nə deyilmir. Bü cür yanlış və təhrif olunmuş informasiyaların verilməsi isə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qətnamələrinə ziddir”.
Baş nazirin müavini Ə. Həsənov onu da diqqətə çatdırıb ki, belə halların baş verməsi nəticəsində ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır.
Görüşdə eyni zamanda Yaponiyanın "Fuji Optikal” şirkətinin rəhbəri, beynəlxalq "Nansen qaçqın mükafatı”na layiq görülmüş doktor Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri və "20 İyun Ümümdünya Qaçqınlar Gününü” ilə bağlı tədbirin keçirilməsi haqqında da müzakirələr aparılıb.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi