“Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb” – Müdafiə Nazirliyindən daha bir açıqlama

img

28-04-2016 [10:10]


"Hazırda təmas xəttində vəziyyət stabildir".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb: "Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib”.

V. Dərgahlı qeyd edib ki, hazırda Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA