Səhmdar qadınlar deputata qarşı - PA-nın önündə etiraz (FOTOLAR)

img

26-04-2016 [16:04]


Bu gün "European Tobacco Baku”nun bir qrup səhmdarı Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçiriblər.

Azərbaycan bayrağı və eks-prezident Heydər Əliyevin şəkilləriylə Prezident Administrasiyasının önünə toplaşan şikayətçilər şirkətin direktoru, deputat Rüfət Quliyevdən narazıdırlar. Onların sözlərinə görə, 110 səhmdar işdən çıxarılıb.

"1999-cu ildən səhmdarıq. Rüfət Quliyevi biz direktor seçmişik. Hər il səhmdarların bir qismi işdən uzaqlaşdırılıb. Biz o şirkətdə canımızı qoymuşuq, ancaq iş vermirlər”.

Bu sözləri səhmdarlardan Gülarə Cəlilova açıqlamasında deyib.

Şikayətçilər bildirir ki, illərdi dövlət idarələrinə etdikləri müraciətlərinə heç bir cavab verilmir(Korrespondent.az).

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA