25-04-2016 [18:21]
Azərbaycan Baş Prokurorluğu və Səudiyyə Ərəbistanı Krallığının hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra və Əd-Diriyə dairəsinin prokuroru Müsəid bin Əbdülrəhman bin Ayəfin başçılıq etdikləri tərkibinə müxtəlif dairələrin prokurorlarının və digər məsul əməkdaşlarının daxil olduğu geniş nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bu gün nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarıət edib, "Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti Azərbaycanın Baş Prokurorluğunda olub.
Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafı, hər iki dövlət başçılarının siyasi iradələri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edərək Prezident İlham Əliyevin 5-7 aprel 2015-ci il tarixlərdə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud ilə görüşünü xüsusi vurğulayıb.
Qafqaz ölkələri və Mərkəzi Asiya regionunda ölkəmizin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə seçilməsini yüksək qiymətləndirən baş prokuror bu münasibətlə Səudiyyə Ərəbistanı Krallığının siyasi və təhlükəsizlik məsələləri üzrə Şurasının başçısı, Baş nazirin birinci müavini, daxili işlər naziri və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Şura sədri Əmir Məhəmməd bin Naif Əl Səuda öz minnətdarlığını ifadə edib, BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Mühakiməsi sahəsindəki Proqramlarının bir hissəsini təşkil edən dünya üzrə 17 mərkəzdən biri olan bu mötəbər təhsil müəssisəsinin ölkəmizin məhkəmə-hüquq sistemi ilə tanışlığının hüquq ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Səudiyyə Ərəbistanı Krallığının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, bu il aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammiti çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün bir daha pislənməsinə dair Yekun Bəyannamənin qəbulu zamanı Səudiyyə Ərəbistanının obyektiv və ədalətli mövqeyinin əhəmiyyəti xüsusi qeyd edilib.
Səudiyyə Ərəbistanında yerləşən İslam dininin müqəddəs məkanlarını hər il minlərlə azərbaycanlının ziyarət etməsinin iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynamasını qeyd edən Z.Qaralov iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə genişləndiyini söyləyərək son illər Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Baş prokuror bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirib.
Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin Təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkəmizin çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlayıb.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə və eksponatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırlanmış guşə qonaqlarda xüsusi təəssürat oyadıb.
Qonaqlara Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində ölkəmizin məhkəmə-hüquq sistemi haqqında geniş məlumat verilib, təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyətinin səfəri davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi