AFFA milliyə yeni baş məşqçi təyin etdi

img

21-04-2016 [14:56]


Azərbaycan U-15 yığmasına yeni baş məqşçi təyin edilib.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

Qeyd edək ki, M.İsayev son olaraq 17 yaşadək futbolçulardan ibarət milli komandamızı çalışdırıb. O, U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA