21-04-2016 [12:41]
Sürücülərin asanpay.az saytındakı «elektron kabinet»inə və Daxili İşlər Nazirliyinin e-xidmet@mia.gov.az saytındakı şəxsi bölməsinə yerləşdirilən elektron protokllarda bir sıra nöqsanlar var.
Avtosfer.az-ın məlumatına görə, ilk növbədə, həmin protokollarda inzibati xətanın törədildiyi saat dəqiq göstərilmir. Məsələn, protokolda qeyd olunur ki, inzibati xəta 11.04.2016-cı ildə, saat 00.00-da törədilib. Lakin elektron kabinetə əlavə olunan fotolara baxdıqda görürük ki, xəta günün günorta çağı törədilib. Qısa bir araşdırma aparıb öyrəndik ki, Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi əksər elektron protokollar elə bu gündədir. Yəni, hamısında saat 00.00 yazılır. Bu isə doğru yanaşma deyil.
Bundan əlavə, elektron protokolda qeyd olunur ki, sürücü «Yol hərəkəti haqqında» qanunun 328.1-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km arası aşıb. Lakin bildirmək istəyirik ki, «Yol hərəkəti haqqında» qanunda 328-ci maddə yoxdur. Bu qanun cəmi 87 maddədən ibarətdir. DYP-nin bir protokolunda 328.1-ci maddə həm «Yol hərəkəti haqqında» qanunun maddəsi kimi göstərilir, həm də İnzibati Xətalar Məcəlləsinin.
Həmin protokolun üçüncü abzasına diqqət etsək görərik ki, burada DYP öz səhvini düzəldir və qeyd edir ki, həmin xətaya görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimə edilir. Amma yenə də protokolda daha bir çatışmazlıq üzə çıxır. Yəni, cərimənin məbləği göstərilmir.
Protokolda qeyd olunur ki, cərimə protokol nömrəsi əsasında poçt, bank və internet vasitəsilə ödənilə bilər. Lakin əksər sürücülər bu cür elektron protokollar aldıqdan sonra banka və poçta getsə də, sistemdə heç nə tapa bilmirlər. Cəriməni DİN-nin e-xidmet@mia.gov.az saytındakı şəxsi bölmə vasitəsilə ödənilməsi də mümkün olmur. Çünki bu funksiya hazırda işlək vəziyyətdə deyil.
Ən vacib məsələlərdən biri də sürücülərə SMS vasitəsilə məlumatın verilməsidir. Məsələn, təqdim etdiyimiz bu elektron protokol e-xidmet@mia.gov.az saytındakı şəxsi bölmədə və asanpay.az-dakı «elektron kabinet»də mövcuddur. Yəni, sürücü bu protokolu hər iki ünvanda görə bilir. Lakin sürücüyə SMS göndərilməyib. Bu isə çatışmazlıqdır və mütləq həllini tapmalıdır. Çünki bütün sürücülər hər gün internetə girmir, amma hər gün mobil telefondan istifadə edirlər. Odur ki, yaxşı olardı ki, qanunun tələbinə əsasən, sürücülərin inzibati xəta haqqında SMS vasitəsilə məlumatlandırılması məsələsi təcili həllini tapsın. Bununla da, sonradan müəyyən problemlər ortaya çıxmasın.
Ümid edirik ki, Avtosfer.az-ın elektron protokollarda aşkarladığı bu çatışmazlıqlar tezliklə aradan qaldırılacaq və səlahiyyətli orqanlar bu yazını qərəz kimi yox, faydalı təklif və dəstək kimi qəbul edəcəklər…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi