İtkin düşən hərbçimizin cəsədi tapıldı – Düşmən tərəfdə

img

16-04-2016 [10:44]


Ermənistanda-Azərbaycan təmas xəttində Azərbaycan hərbçisinin cəsədi aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağ rejiminin Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumata əsasən, hərbçimizin cəsədi aprelin 16-a keçən gecə təmas xəttində tapılıb.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə edilmədiyini açıqlamışdı. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilirdi. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA