“Tarixdə ilk dəfədir ki,.. - Rövnəq Abdullayev

img

13-04-2016 [10:20]


"Tarixdə ilk dəfədir ki, Azərbaycan millisi dünya çempionatında çıxış edəcək”. 

Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Xatırladaq ki, dünya çempionatına vəsiqə uğrunda pley-of cavab qarşılaşmasında öz meydanında Hollandiya ilə 4:4 hesablı bərabərliyə razılaşan futzal üzrə milli komandamız ilk oyunda əldə olunmuş 5:1 hesablı qələbə sayəsində mundiala getməyə haqq qazanıb.

Matçdan sonra Rövnəq Abdullayev fikirlərini bölüşüb: "Düşünürəm ki, bu, böyük qələbədir. Millimizin bu uğuru ölkəmizdə futzalın inkişafına təkan verəcək. Uğurlarımız davamlı olsun”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA