12-04-2016 [21:15]
Bu gün Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda "2016-cı ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr" mövzusunda məsələ müzakirə edilib.
Şuranın sədri İcra başçısı Taleh Qaraşov yığıncağı açaraq bildirib ki, aprel ayının əvvəllərində erməni silahlı dəstələri cəbhə bölgəsində növbəti dəfə təxribat törədərək atəşkəsi pozublar. Təxribatın qarşısını alan Azərbaycan silahlı qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, nəticədə bir neçə yaşayış məskəni və strateji əhəmiyyətli yüksəkliklər azad olunubdur.
Lakin mənfur düşmənə qarşı vuruşmada Milli Ordumuzun, o cümlədən Lənkəran rayonundan hərbi xidmətə getmiş əsgərlərdən şəhid olanlar da olmuşdur. İcra başçısının təklifi ilə yığıncaq iştirakçıları bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Natiq daha sonra cəbhə bölgəsində qazanılan qələbənin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, xüsusilə ordu quruculuğu ilə bağlı ardıcıl olaraq gördüyü misilsiz işlərin və Xalq-İqtidar birliyinin bəhrəsi olduğunu və qüdrətli Milli Ordumuzun gücü ilə işğal olunmuş torpaqların tezliklə azad olunacağını qeyd etdi.
İcra başçısı daha sonra ölkəmizdə dinamik iqtisadi inkişafın təmin edilməsi istiqamətində görülən tədbirlərdən, ilin 1-ci rübündə ölkənin sosial-iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan danışaraq ölkəmizin dünyadakı qabaqcıl mövqeyini, dünya birliyinin dəstəyini qazandığını vurğulayaraq Azərbaycanın müstəqil xarici siyasət yeritdiyinə görə gələcəyinin parlaq olduğunu, Ermənistanın isə müstəqil siyasəti olmadığına görə iflasa uğrayacağını söyləyib.
Sonra İcra başçısı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən, cəbhəyə kömək etməyin hər bir vətəndaşın müqəddəs borcu olmasından ətraflı danışıb.
2016-cı ilin dərin iqtisadi islahatlar ili elan edilməsini qeyd edən Taleh Qaraşov Prezident tərəfindən yeni sosial yönümlü dövlət proqramlarının, işsizliyin qarşısının alınması üçün özünüməşğulluq proqramının, sosial mənzil tikintisi proqramlarının qəbul olunmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləmişdir. Bütün şəhər və rayon mərkəzlərində sosial mənzillərin tikilməsi məqsədi ilə cənab Prezidentin sərəncamı ilə Sosial Mənzil Agentliyinin yaradılması, aztəminatlı ailələrin digər problemlərinin həlli ilə bağlı hökumətin qəbul etdiyi qərarların bir daha Azərbaycanın sosial dövlət olduğunu sübutu olduğunu bildirib.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən söz açan İcra başçısı bu istiqamətdə Lənkəran üçün ənənəvi olan faraş tərəvəzçiliyin, çayçılığın və sitrusçuluğun inkişafı üçün atılan addımlardan bəhs etdi, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunmasının, torpaqların birləşdirilməsinin və burada xarakterik əkinlər keçirməyinin, iqtisadi cəhətdən səməli təsərrüfat növü olan baramaçılığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıbdır.
Sonra "2016-cı ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr” mövzusunda məruzə dinlənilib.
Məruzədə və məruzə ətrafında çıxışlarda 2016-cı ilin 1-ci rübündə rayonda sosial-iqtisadi inkişafın davam etdiyi qeyd olunmuş, sənaye müəssisələrində, nəqliyyatda, aqrar sahədə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görülmüş işlərdən, sahibkarlığın inkişafı üçün yaranmış əlverişli şəraitdən və s. məsələlərdən ətraflı bəhs edilibdir.
İcra başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı, müvafiq tapşırıq və tövsiyələrini verib.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi