Şəhid pilotlar və polkovnik-leytenant dəfn olundu - Nazir və rəsmilər izdihamda(FOTOLAR)

img

11-04-2016 [14:24]


Şəhid pilotlar – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.

Mia.az xəbər verir ki, qəhrəman hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.

Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.

Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA