İlham Əliyevlə Medvedevin qapalı görüşü: "Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil" (FOTOLAR)

img

08-04-2016 [12:51]


Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın baş naziri Dmitri Medvedev arasında təkbətək görüş başlayıb.

Prezident İlham Əliyev deyib ki, ölkələr arasında əlaqələr intensiv inkişaf edir. O bildirib ki, Ermənistan silahlı qüvvələri son günlər növbəti dəfə təxribata əl atıb:"Azərbaycan cavab addımı atıb. Rusiyaya ekskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm. Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng edib”.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə bilər.

Rusiyanın baş naziri D. Medvedev isə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək”(APA).

Sonra görüş məhdud sayda rəsmilərin iştirakı ilə qapalı davam etdirilib.

Görüşdən çəkilən fotolarla tanış olun:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA