08-04-2016 [11:10]
Bu gün saat 14.00-da Yasamal rayon məhkəməsində AzTV sədri Arif Alışanovla teletənqidçi, professor Qulu Məhərrəmlinin məhkəmə prosesi keçiriləcək.
Xatırladaq ki, teletənqidçi, professor Qulu Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsi AzTV sədri Arif Alışanovu qəzəbləndirib. Həmin müsahibədə səslənən fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən Alışanov telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində tanınmış jurnalistin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə səsləndirdiyi fikirlərə görə, professordan 100 min manat təzminat tələb edir.
Aprelin 1-də Yasamal rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə cinayət məsuliyyəti iddiasına baxış iclasında müvafiq qanunun tələbi ilə A.Alışanovun prosesə gəlməsinin zəruriliyi barədə vəsatət qaldırılıb. Vəsatət qəbul edilib və A.Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə iddianın baxılması mümkünsüz sayılıb.
Q.Məhərrəmlinin vəkili Cavid Rzayev Strateq.az-a açıqlamasında bildirib ki, A.Alışanov öz iddiasını müdafiə edirsə, mütləq bu gün məhkəməyə gəlməlidir:"Çünki insanın ayrılmaz hüququ olan şərəf və ləyaqətin qorunmasını başqa adama həvalə etmək olmaz. Azərbaycan CM-nin müvafiq maddəsi də yalnız iddiaçının özü müraciət etdiyi təqdirdə cinayət işinə baxmağı mümkün sayır”.
Yasamal rayon məhkəməsindən verilən məlumata görə isə A.Alışanov jurnalistə qarşı iddiasını geri götürməyib. Deməli, o məhkəməyə gəlmək və onu tənqid etmiş Q.Məhərrəmli ilə üz-üzə durmaq niyyətindədir. Məhkəməni izləyən jurnalistlərin də indiyədək ictimai tribunalardan səsi eşidilməmiş A.Alışanova suallar vermək imkanı olacaq.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi