07-04-2016 [17:17]
"Masallı rayon Kalinovka kənd sakini şəhid gizir Nurlan Bayram oğlu Əsgərovun 3 mərasimindəyəm. Şəhid gizirimiz ermənilərə məxsus komanda-qərargah məntəqəsinin partladılmasında iştirak edib. Bu gün mən və deputat Nəriman Əliyev də buradayıq”.
Bu sözləri Modern.az saytına deputat Elmira Axundova şəhid gizir haqqında danışarkən deyib.
O, şəhidin qəhrəmanlıq göstərməyindən də danışıb. Bildirib ki, Nurlan doğma qardaşı ilə bir yerdə xidmət edirmiş:
"Biz bu gün şəhidimizin çox heyrətamiz və kədərli hekayəsini eşitdik. Bayram kişinin 2 oğlu var imiş. Şəhid olan Nurlan və sağ qalan İntiqam... Hər ikisi həqiqi hərbi xidməti başa vurandan sonra könüllü surətdə müddətdən artıq xidmət etməyə qalıblar.
İntiqam qardaşı Nurlanın eyni zamanda hərbçi yoldaşı olub, bir yerdə xidmət ediblər. Düşmənin komanda-qərargah məntəqəsinin parladılması zamanı şəhid olan Nurlanının meyitini qardaşı İntiqam öz çiyninə alaraq daşıyıb. Bu ürəkağrıdıcı bir hadisədir. Bu gün Masallıya Nurlanın yasına Lənkərandan, Lerikdən, Yardımlıdan, Cəlilabaddan çoxlu sayda insanlar gəlir. Şəhid gizirimiz Nurlan vətən və torpaq uğrunda canından keçib.
İntiqam qardaşını dəfn edən kimi düşməndən qisas almaq üçün ön xəttə, cəbhə bölgəsinə qayıtmaq istəyir”.
Elmira Axundova şəhid Nurlanla fəxr etdiklərini bildirərək bundan sonra onun ailəsinə nə kömək lazım olsa, edəcəklərini vurğulayıb:
"Biz şəhidimizlə fəxr edirik. Şəhidimiz Nurlanın və digər bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Mən və Nəriman müəllim, eyni zamanda rayon İcra Hakimiyyəti şəhidimizin yas mərasiminə, yeddi məclisinə , başdaşının qoyulmasına kömək edəcəyik. Bundan sonra onun ailəsinə nə lazımdırsa, yardım göstərəcəyik”.
21 yaşlı Nurlan Bayram oğlu Əsgərov aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, doğulduğu Masallı rayonunun Kalinovka kəndində dəfn edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi