İlham Əliyev Lavrovla Qarabağdan danışdı: " Biz danışıqları davam etdirmək istəyirik" (FOTO)

img

07-04-2016 [00:33]


"Son günlər qoşunların təmas xəttində vəziyyət kəskinləşib, insan itkiləri var". 

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdə deyib.

Prezident bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur.

"Rusiyanın təşəbbüsü ilə atəşkəslə bağlı razılıq əldə olundu. Lakin ermənilər buna əməl etmədilər və atəşkəs yenidən pozuldu. Biz danışıqları davam etdirmək istəyirik. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdim. Onlara da dedim ki, Azərbaycan sülh prosesinə sadiqdir", - İlham Əliyev bildirib.

Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs rejiminin qorunması üçün əlindən gələni edəcək: "Vəziyyəti sakitləşdirmək lazımdır". 

ANS


Prezident İlham Əliyev:

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA