06-04-2016 [16:48]
Bu gün Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında "Hava nəqlıyyatı haqqında” Saziş imzalanıb.
İki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi"ni ("Open Skies Agreement”) "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar.
Sənədin imzalanmasını Azərbaycan mülki aviasiyası tarixində önəmli hadisə adlandıran Cahangir Əsgərov bildirib ki, sözügedən saziş iki ölkənin aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək, Azərbaycan Respublikasına və Amerika Birləşmiş Ştatlarına məxsus aviaşirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək.
"Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublika mülki aviasiyasının inkişafına hər zaman diqqət yetirir. Onun daimi qayğı və dəstəyinin nəticəsi olaraq hava gəmiləri parkımız tamamilə yenilənib: A-319, A-320, A-340, B-767, Embraer və Boing-787-"Dreamliner” tipli ən müasir təyyarələr alınıb. Bütün bunlar bizə uzaqməsafəli uçuşlara nəzər yetirməyə imkan yaradıb”, - deyə AZAL-ın prezidenti qeyd edib.
"Azərbaycan Hava Yolları” tərəfindən Nyu-Yorka müntəzəm uçuşların 2014-cü il sentyabrın 23-dən həyata keçirildiyini xatırladan C.Əsgərov bildirib ki, bu uçuşlara başlamaq üçün mülki aviasiyamızın normativ-hüquqi bazası tam yenilənib və Azərbaycana Aviasiya təhlükəsizliyi üzrə "1-ci Kateqoriya” verilib. "Bunun nəticəsi olaraq biz bu gün "Açıq Səma” Sazişini imzaladıq”, - deyə Cahangir Əsgərov vurğulayıb.
İmzalama mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sazişi ölkələr arasında əlaqələrin irəliləməsi üçün çox vacib sənəd adlandırıb: "Bu imzalanma Prezident İlham Əliyevin ABŞ-a çox uğurlu və məhsuldar səfərindən sonra baş verir. Saziş ölkələrimiz arasında əlaqələrdə irəliyə doğru atılmış çox vacib sənəddir. O, ABŞ-la Azərbaycan arasında bir körpü yaradacaq”.
İkitərəfli saziş Birləşmiş Ştatlar və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.
"Açıq Səma Sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət müəyyənləşdirmə siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi