05-04-2016 [14:15]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İlk olaraq ön cəbhədə şəhid olan hərbi qulluqçuların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Mia.az-a daxil olan məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev gündəliyə rəhbərlik etdiyi qurumun 2016-ci ilin birinci rübündəki fəaliyyəti haqqında hesabat, Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri, cari ilin birinci maliyyə müsabiqəsinin nəticələri, ikinci maliyyə müsabiqəsinin mövzu istiqamətləri, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi və digər məsələlərin daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə bu ardıcıllıqla təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ilin I rübündə Şuranın Əsasnaməsinə uyğun olaraq QHT-lərə Dövlət Dəstəyinin bütün istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Cari ilin yanvar ayında Şamaxı, Şabran və Qəbələ rayonlarında regional QHT nümayəndələrinin iştirakı ilə səmərəli idarəçilik mövzusunda təlimlər keçirilib. Mart ayında 200-dək QHT-yə illik maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi ilə bağlı məlumatlandırma sesiyası təşkil olunub. Şura eyni zamanda qhtxeber.az saytı vasitəsi ilə QHT-lərə təmənnasız informasiya dəstəyini də davam etdirib. 2016-cı ilin birinci rübündə beynəlxalq korpusun təmsilçiləri ilə Şurada keçirilən görüşlərdə QHT sektorunun vəziyyəti, qarşıda dayanan mövzular haqda müzakirələr aparılıb.
Fərasət Qurbanov mart ayında Şura üzvlüyünə açıq və şəffaf şəkildə seçkilərin keçirildiyini və səsvermənin nəticəsinə əsasən 8 qrupun hər biri üzrə ən çox səs toplayan 3 nəfərin sənədlərinin yaxın günlərdə dövlət başçısına təqdim olunacağını bildirib.
Katibliyin icraçı direktoru Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinə QHT-lərin 660 layihə göndərdiyini, bunlardan 110-nunun təqdim etdiyi layihə sənədləri tələblərə cavab vermədiyindən texniki seleksiya mərhələsini keçmədiyini qeyd edib. 550 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunub. Hər bir layihə 3 müxtəlif ekspert tərəfindən qiymətləndirilib. Şura 40 balı keçid balı kimi müəyyənləşdirib. F.Qurbanov ekspertizada yüksək bal toplayan və maliyələşdirilməsindən imtina olunması tövsiyyə olunan bütün layihələrin detallı şəkildə ictimai müzakirəsini keçirməyə hazır olduqlarını vurğulayıb.
F. Qurbanov gündəlikdə dayanan 2016-cı il ikinci maliyyə müsabiqəsinin mövzu istiqamətləri, şərt və qaydaları ilə də bağlı ətraflı məlumat verib.
Şura üzvləri Tahir Süleymanov, Dilarə Vəliyeva, Əliməmməd Nuriyev, Sahib Məmmədov, İlqar Məmmədov, Rəna Mirzəzadə və Vüqar Qədirov çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.
Şura müsabiqənin nəticələri ilə bağlı müzakirələri yekunlaşdıraraq 40-dan çox bal toplamış 277 layihənin maliyələşdirilməsini qərar alıb. 273 layihə isə 40-dan az bal topladıqlarına görə müsabiqədən kənarda qalıb. Hər iki siyahı Şuranın internet resurslarında yerləşdiriləcək.
Gündəlikdəki digər məsələlər də müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Vüqar Qədirov uğurlu fəaliyyətinə görə Şuranın fəxri fərmanı ilə təltif edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi