Ermənilər mülkü əhalini hədəfə alıb: Tərtərdə 16 yaşlı kəlbəcərli qız öldürüldü – Baş Prokurorluq

img

05-04-2016 [13:22]


Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Bu barədə Mia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən rəsmi məlumat daxil olub.

Bildirilib ki, baş verənlərlə bağlı aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq, hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA