04-04-2016 [20:52]
Bu gün Qaradağ rayonunda "Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirilib.
Mia.az-a daxil olan məlumata görə, grüş Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun akt zalında keçirilmişdir. Görüşdə 850-dək rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, ictimai birliklər və gənclər iştirak edib.
Təbir iştirakçıları əvvəlcə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstə çiçəkləri qoydular, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd etmişdir ki, cari ilin aprel ayının 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilmiş və təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrimiz atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslər həlak olublar.
Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı S.Mikayılov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi məqsədyönlü hərbi strategiyanın uğurlu icrasının nəticəsi istər silahlı ordu birləşmələrində istərsə də xalq arasında torpaqlarımızın azad olunmasında böyük ruh yüksəkliyi yaratmışdır. Son günlərdə ordumuz tərəfindən əldə olunan qələbələr bunu deməyə əsas verir.
Silahlı qüvvələrimiz tərəfindən erməni təxribatının qarşısı layiqincə alınmaqla yanaşı eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi.
Cəbhədə baş verən son hadisələrlə bağlı 02 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş və həmin iclasda Dövlətimizin başçısı çıxış edərək bu günkü təxribatın da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğu qeyd edilmişdir. ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı son 25 ildə apardığı ikili standartların səmərəsiz nəticəsi qeyd edilib.
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov son günlərdə cəbhədə baş verən erməni təxribatının qarşısının alınması istiqamətində Azərbaycan ordusunun xüsusi şücaətliyi qeyd olunmuş və ölkə başçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə tam dəstək olunması qeyd edilib.
Millət vəkili Mixail Zabelin Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı aparılan ədalətsiz müharibə pislənilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində məsələnin həlli qeyd edilib.
Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Rafiq Abbasov çıxış edərək son günlərdə silahlı qüvvələrimiz tərəfindən əldə olunan uğurlar haqqında geniş məlumat verilərək dövlət başçısının apardığı uğurlu hərbi siyasət dəstəklənmiş və ölkə başçısının hər an müharibə çağırışına vətənpərvər oğullarımızın hazır olduğu bəyan edilib.
Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi polkovnik-leytnant Novruz Rəhimov qeyd edilmişdir ki, son günlərdə ordumuz tərəfindən Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsi hər birimizin ürəyincə olduğu, həmçinin bu günlərdə Dövlət Xidmətinə könüllülərin müraciətindən bəhs edib.
Daha sonra Milli Qəhrəman Yusif Əliyevin atası Əliusif Əliyev, Qaradağ rayon Şəhid Anaları Cəmiyyətinin sədri Pakizə Abbasova, II qrup Qarabağ əlili Bəhman Qurbanov, Qarabağ müharibəsi veteranı Hümbət Hümbətov, ehtiyatda olan zabit Əlizaman Məmmədov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvi Coşqun Şalyarov və digərləri çıxış edərək Azərbaycan ordusunun son günlərdə Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsi qeyd edilmiş və dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirilib.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı S.Mikayılov Qaradağ rayon əhalisi adından ölkə rəhbərinin yürütdüyü məqsədyönlü və müdrik siyasət alqışlanaraq dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasına hər an hazırı olduqları bildirilib.










Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi