07-03-2016 [17:58]
Bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının canlı şahidi olan Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə millət vəkilləri, dövlət məmurları, Xocalı sakinləri və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabın ön söz müəllifi, araşdırmaçı yazar Aqil Ələsgər bildirdi ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitab Türkiyənin İnsani Yardım Vəqfi (İHH) tərəfindən İstanbulda türk dilində nəşr olunub:
"Bu kitabın çap olunmasında məqsəd bütün dünya türklərinin erməni yalanına qarşı mübarizəsinə töhfə verməkdir. Düşmən təbliğatına qarşı Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət” kampaniyası hər il genişlənməkdədir və Dürdanə xanım kimi canlı şahidlərin öz xatirələrini qələmə almaları bu kampaniyaya böyük dəstəkdir”.
Tədbirdə çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə kitabın erməni vəhşiliklərinin dünyaya çatdırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib:
"Xalqımızın yaşadığı acı faciənin gerçəklərini bəşəriyyətə çatdırmaq baxımından, bir əsir qadının dilindən yazılan kitab qədər təsirli heç nə ola bilməz. Artıq 24 ildir qanayan yaramızı dindirmək üçün hər birimiz bu ölkənin vətəndaşı olaraq, əlimizdən nə gəlirsə etməliyik. Bir neçə ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Xocalıya ədalət” kampaniyasının nəticəsində mütərəqqi yol qət etməyə nail olmuşuq. Bu gün artıq dünyanın 20-dən çox ölkəsi səsimizə səs verir. Lakin ədalətin bərpa olunmasında görüləcək hələ çox işimiz var. Bu acını hər birimiz hiss etməliyik, unutmamalıyıq və haqqın qələbəsi naminə çalışmalıyıq. Bu baxımdan, Dürdanə xanımın müəllifi olduğu əsərin müxtəlif dillərdə dünya ictimaiyyətinə təqdim olunması bu yolda atılan önəmli addımlardan biridir”.
Millət vəkili Qənirə Paşayeva mərasimdə çıxış edərək kitab haqqında fikirlərini bölüşüb: "Bu kitab bəşəriyyətin ən qəddar faciələrindən olan Xocalı soyqırımının ədalətli cavab alması üçün görülən məqsədyönlü tədbirlərdən biri hesab oluna bilər. Çünki həmin gecə erməni vandalları tərəfindən dinc əhaliyə olunan amansızlığı bir şahidin dilindən eşitmək daha təsirlidir. Bu gün başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla, ədalətin bərqərar olunması məqsədi ilə dünya əhəmiyyətli tədbirlər görülür. Ölkələrdə fəaliyyət göstərən nümayəndəliklər faciənin dünyada yayılması məqsədi ilə müntəzəm olaraq, layihələr gerçəkləşdirir. Biz daim birlik-bərabərlik içində çalışmalıyıq və bir-birimizə dəstək olmalıyıq. Hesab edirəm ki, Dürdanə xanımın həyata keçirdiyi bu layihə də haqq səsimizin ucaldılmasında uğurlu nəticələr verəcək. Mən bu kitabın ərsəyə gəlməsində əməyi olan qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, kitabın digər dillərdə nəşr olunacaq nüsxələrinin təqdimat mərasimini Xocalıda keçirmək nəsib olar”.
Tədbirdə çıxış edən Azərbaycanın Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı kitabın Xocalı soyqırımının unudulmaması məqsədi ilə həyata keçirilən əhəmiyyətli layihə olduğunu vurğulayıb: "Xalqımızın erməni daşnaklarının amansızlığına məruz qalmasını 24 ilə sığışdıra bilmərik. Bu tarix 250 ilə bərabərdir. Biz heç bir günahımız olmadan təcavüzün qurbanına çevrilmişik. Bu, həmin dəhşətli anların sadəcə kitab halına salınmış variantı deyil, bir qadının dilindən yazılmış həyat hekayəsidir. Bunun təsir gücünü yüksək qiymətləndirmək lazımdır. Layihənin gerçəkləşdirilməsində Türkiyənin birbaşa yardımının olması, həmçinin, kitabın türk dilində nəşr olunması da bizim birliyimizdən, gücümüzdən, dostluğumuzdan xəbər verir. Bu, düşmənə vurula biləcək ən güclü zərbədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qarşı ərazi iddiası irəli sürən erməni faşizmini ifşa etmək üçün geniş miqyaslı işlər görülür. Bizim də borcumuz ölkə başçımıza dəstək olmaq, onun gücünə inanmaqdır”.
Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək, xocalıları öz xatirələrini qələmə almağa dəvət etdi: "Bu bizə ağır da olsa, etməliyik. Xocalı üçün, Qarabağ üçün bunu etmək borcumuzdur. Gələcək nəsillərimizin ermənilərlə mübarizəsi naminə bu vacibdir”.

Tədbir "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, professor, Xocalı ağsaqqallarından Mübariz Allahverdiyev, Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramilə Xudayarova, milli qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova və digər qonaqların çıxışları ilə davam etdi.
Qeyd edək ki, kitabı türk dilində tərcümə edən fəlsəfə elmləri doktoru Mais Əlizadə, önsöz müəllifi isə araşdırmaçı-yazar Aqil Ələsgərdir. Gələcəkdə kitabın rus, ingilis və fransız dillərinə də tərcümə olunması nəzərdə tutulub.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi