UEFA-dan "Qalatasaray”a ağır cəza - Komanda Avropa Kubokundan kənarlaşdırıldı

img

02-03-2016 [17:00]


Türkiyənin "Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb.

 

"Milliyet” qəzetinin məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

 

"Cim-bom”un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.

 

Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan "Qalatasaray”a güzəşt etməyib. "Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il Avrokuboka vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA