Bakıda polisə yaraşmayan hərəkət edən yol polisi barədə - Yeni faktlar (VİDEO)

img

29-02-2016 [17:05]


Bakıda xanım sürücünü döyən və özünü polis yox, əsl dələduz kimi aparan yol polisi barədə yeni faktlar məlum olub. 

AzNews.az-a daxil olan məlumata görə, 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət Zeynalov əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində 4-cü tağımın komandiri vəzifəsində çalışıb. Lakin işində yol verdiyi çoxsaylı nöqsanlara, vətəndaşlara qarşı kobud rəftara görə vəzifəsini itirib. Hazırda idarənin inspektoru vəzifəsində çalışan Zeynalovun xidmət apardığı ekipajın digər üzvü Tapdıq adlı polis əməkdaşı ilə eyni əməlləri davam etdirdiyi məlum olub. Maraqlıdır ki, Tapdıq idarənin alay komandiri, polkovnik-leytenent Rəşadət Babayevin yaxın qohumudur.

Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA