"Qalatasaray"dan daha bir məğlubiyyət - "Aslan" 5-cı sıraya düşdü (FOTO)

img

28-02-2016 [23:17]


Türkiyə superliqasının 23-cü həftəsində "Qaziantepspor"a qonaq olan "Qalatasaray" səfərdən məğlub ayrılıb.

Mia.az xəbər verir ki, cəzalı Podolski ilə Sneyderin olmadığı komanda ilə meydana çıxan "Qalatasaray" oyunun 5-ci dəqiqəsində qapısında qol görüb. Hesabı Əmrə Nefis açıb - 1:0.

İkinci hissədə də ev sahibi üstün oynayıb. Belə ki, 54-cü dəqiqədə Larsson komandasının hesabını artıran qolu vurub - 2:0.

Bu məğlubiyyətdən sonra Mustafa Dənizlinin baş məşqçisi olduğu "Qalatasaray" turnir cədvəlində 37 xalla 5-ci sırada qərarlaşıb. "Qaziantepspor" isə 30 xalla 9-cu sıraya yüksəlib.

Onu da qeyd edək ki, sabah lider "Beşiktaş"la "Fənərbaxça" arasında derbi oyunu olacaq. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA