“Xocalıya ədalət” - Beyləqanda tədbir (FOTOLAR)

img

26-02-2016 [13:42]


Beyləqan rayonu Texniki Peşə məktəbində Beyləqan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Xocalıya ədalət” adı altında silsilə təbirlər həyata keçirilib. 

Tədbirdə Gənclər və İdman idarəsi ilə birgə Peşə Məktəbi, Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi, Diyarşünaslıq muzeyi, İnnovativ Gənclər Birliyi, Uşaq Yaradıcılıq Mərkəzi və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbir üç hissədən ibarət olmaqla - əvvəl şagirdlərin hazırladığı bədii hissə, sonra Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və daha sonra akt zalında Xocalı haqqında film izlənilib.

Yekunda Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgidə fərqlənənlər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA