Ruslar "Fənərbaxça"nı Moskvada belə qarşıladılar - FOTOLAR

img

25-02-2016 [11:50]


Türkiyənin "Fənərbaxça" futbol klubu dünən Rusiyanın paytaxtı Moskvada hava limanında yüksək təhlükəsizlik tədbirləri ilə qarşılanıb. 

Mia.az Avropa.info-ya istinadə xəbər verir ki, türk idmançılar hava limanına endiyi andan etibarən yüksək səviyyəli dövlət protokolu çərçivəsində tədbirlər görülüb. 

Rusiyanın xüsusi təyinatlılarının mühafizəsi ilə hava limanından ayrılan türk idmançıların yaxınlığına heç kim buraxılmayıb, onlar otelə gedərkən də yollar tamamilə bağlanıb. 

Futbol komandasının üzvləri otelə gəlməzdən öncə otel tamamilə boşaldılaraq hər tərəfdə axtarış aparılıb. Daha sonra isə polis otelin ətrafını mühasirəyə alıb

Rusiya-Türkiyə münasibətlərinin pozulmasından sonra ilk dəfə bir futbol klubu Rusiyanın Lokomotiv komandası ilə qarşılaşmaq üçün Moskvaya gedib. 
Ruslar "Fənərbaxça"-nı Moskvada belə qarşıladılar
Ruslar "Fənərbaxça"-nı Moskvada belə qarşıladılar
Ruslar "Fənərbaxça"-nı Moskvada belə qarşıladılar
Ruslar "Fənərbaxça"-nı Moskvada belə qarşıladılar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA