24-02-2016 [13:39]
Lənkəran Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.
Mia.az-a verilən məlumata göörə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sədrliyi ilə keçən müşavirədə aparatın kollektivi, aidiyyəti sahəyə məsul şəxslər, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər
Müşavirəni açan İcra başçısı Prezidentin müvafiq fərmanı ilə təsdiq olunmuş "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrdən geniş danışmış və Qanunun icrası ilə bağlı şəhər İcra hakimiyyətinin xətti ilə həyata keçirilən təşkilati-nəzarətedici tədbirlər barədə ətraflı məlumat verib.
Natiq çıxışında Qanunun hər bir dövlət məmuru tərəfindən diqqətlə öyrənilməsinin vacibliyini qeyd etməklə yol verilən nöqsanların təkrarlanmaması üçün hər bir vəzifəli şəxsin rəhbərlik etdiyi sahədə kompleks tədbirlər görməsini və cavabdeh şəxslərin məsuliyyət hissinin artırılmasını tələb etmişdir. İcra başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm ölkədə, həm də regionlarda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin ölkə vətəndaşlarının rifah-halının yaxşılaşmasına, insanların narahatçılığına səbəb olan problemlərin həllinə xidmət etdiyindən əhali tərəfindən rəğbətlə qarşılandığını bildirməklə, Lənkəran şəhərinin, bütövlükdə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə sakinlərin cənab Prezidentə minnətdarlıqlarını ifadə etdiklərini, bununla bağlı ölkə başçısına, yüksək dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə təşəkkür və razılıq məktubları ünvanladıqlarını vurğulayıb.
İcra başçısı son illərdə rayonda həyata keçirilən sosial layihələr, məktəb, xəstəxana, yol-körpü tikintisi, kütləvi qazlaşma, içməli su xəttinin çəkilişi, çoxmərtəbəli yaşayış binalarının əsaslı təmirinin vətəndaşın çoxillik arzusu olduğunu, bunların Prezident İlham Əliyevin ardıcıl səyləri, yaxından diqqəti və qayğısı ilə başa gəldiyini və dövlətin öz vətəndaşlarına xidmətinin bariz nümunəsi olduğunu da vurğulayıb.
Müşavirədə şəhər İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri və digərləri çıxış edərək vətəndaş müraciətlərinə baxılması, bu sahədə işin daha da yaxşılaşdırılması ilə bağlı fikirlərini söyləyiblər.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi