4 qırmızı kart, 3 qol: "Qalatasaray" - Trabzonspor" oyununda gərginlik

img

21-02-2016 [23:46]


Bu gün Türkiyə superliqasının 22-ci turu çərçivəsində "Qalatasaray” öz meydanında "Trabzonspor”u qəbul edib.

Mia.az xəbər verir ki, gərgin keçən oyunda "Trabzonsopr"un dörd oyunçusu qırımızı kartla cəzalandırılıblar. 

Belə ki, 1-ci hissədə Erkin Zenginin penalti qolu ilə hesabda önə keçən rəqib bu hesabı qoruya bilsə də, 2-ci hissədə oyun dramtik xarakter alıb.

Belə ki, 59-cu dəqiqədə Özer Hurmaçı qırmızı kart görərək, komandasını 10 futbolçu ilə meydanda qoyub. Bundan sonra üstünlüyə sahiblənən "Qalatasaray"  63-cü dəqiqədə Podolski ilə hesaba bərabərlik gətirib - 1:1.

Bu qoldan 6 dəqiqə sonra isə Aykut Dəmir də "Trabzonspor"da qırmızı kartla cəzalandırılıb. 86-cı dəqiqədə isə hakimin "Trabzonspor"un qapısına penalti təyin etməsi isə gərginliyi dırmandırıb. Bundan sonra hakim rəqib komandanın iki oyunçusunu - Cavanda və Salihi oyundan qovub. Penalltini isə Səlcuq İnan dəqiq yerinə yetirib - 2:1.

Bu qələbə sayəsində "Qalatasaray" 22 oyunla 37 xal toplayaraq, 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, super liqaya liderliyi 22 oyundan 50 xalı olan "Fənərbaxça” edir. "Beşiktaş" isə 20 oyundan 48 xal toplayaraq, 2-ci yerdədir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA