16-02-2016 [18:17]
Bir neçə gün öncə "Qafqazifo”da Yasamal rayonunda bir nəfərin qarajda baltalanması ilə bağlı xəbər yayımlanmışdı. Xəbərdə qeyd olunurdu ki, hadisə fevralın 2-də Yasamal rayonunda baş verib.
Bəşir Səfəroğlu küçəsində yerləşən qarajda Ehtiram adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Murad Quliyevin sol əlinə balta ilə zərbə vurub. Qaraj M.Quliyevə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Zərərçəkən 1986-cı il təvəllüdlü Murad Quliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, onu balta ilə vuran keçmiş mayor Ehtiram Əlişanov, həm də Səməd Seyidovla Əlixan Məlikovun qohumudur.
Murad Quliyev bildirib ki, 2006-ci il Səməd Seyidovun baldızı qızı Səbinə ilə evlənib: "Səbinə ilə ailə quranda onlar çox kasıb idi. Səməd Seyidovun vəzifəsi böyüyəndən sonra ailənin vəziyyəti də dəyişməyə başladı. Mən bizneslə məşğul idim, buna görə də tez-tez Polşaya gedirdim. Mən Polşada olan vaxt da bunlar ərizə verib boşanma qərarını alıblar. Mənə nə bildiriş gəlib, nə də məhkəmədə iştirak etmişəm. Mədinə adında 7 yaşlı qızım var, qızımla görüşə isə icazə vermirlər. Buna görə məhkəməyə müraciət etmişəm”.
Quliyev qeyd edir ki, keçmiş xanımının vəzifəli qohumları onu ölümlə təhdid edir: "Yoldaşım Səbinə boşanan kimi onu "Azəriqaz”ın keçmiş rəhbəri Əlixan Məlikovun oğlu Elnur Məlikova ərə veriblər.

Səməd Seyidov-Əlixan Məlkov
Bunu da Səməd Seyidov edib. Qayınatam Ehtiram Əlişanov Səbail RPİ-də Narkotiklə Mübarizə Şöbəsində baş əməliyyat müvəkkili olub. 1997-ci ildə əlində balta, əynində gülləkeçirməz ilə Səbailin o vaxtkı polis rəisi Nazim Nağıyevin evinə gedib onu öldürmək istəmişdi.
Səbəb də o olmuşdu ki, bunun qanunsuz əməllərindən sonra rəis onu müdafiə etməmişdi. O vaxt Ehtiramı həbs edib 11 il cəza verdilər, Səməd Seyidov deputat olandan sonra onu çıxartdırdı. İndi də "MedEra” klinikasında uşaq həkimi işləyir. Bu əməlləri törədən adam necə uşaq həkimi olub, bilmirəm?

Ehtiram Əlişanov-Keçmiş qayınatası
Bir neçə gün əvvəl mən qızımı görmək üçün məktəbə getdim. Səbinə də ordaydı, mənim üstümə hücum çəkdi ki, niyə gəlmisən. Sonra mənə hədə-qorxu gəlməyə başladı. Ona dedim ki, mən uşağın atasıyam, bunu yaddan çıxartma. Sonra gəldim iş yerimə, qarajdaydım. Axşamüstü gördüm kimsə içəri girdi, başında da "kapşonka”. Əlində də paket vardı, mən də yaxınlaşdım ki, görüm nə məsələdi? Elə bu vaxt paketi açıb qayınatam Ehtiram balta ilə üstümə cumdu. Mən isə qolumdan yaraladım. Qarajı da dağıtdı, qapını, pəncərəni sındırdı. Sonra da oğlu məni ölümlə hədələməyə başladı. Ehtiramın oğlu Mütəllim Əlişanov da "Energy Club”da administratordu. İkisi də mənə hədə qorxu gəlir. Dediyim kimi, Ehtiram əvvəl də rəisini öldürmək istəyib, həbsdə yatıb. Ona görə məni hər an öldürə bilər”.

Mütəllim Əlişanov, keçmiş qaynı
Murad Quliyev deyib ki, baltalanması ilə bağlı hazırda Yasamal RPİ 26-cı polis bölməsində tədqiqat işi aparılır:
"Əlixan Məlikovla Səməd Seyidov vasitəsilə həm məhkəməyə, həm də polisə təzyiq edirlər. Mənim tək istəyim budur ki, şikayətimə ədalətli baxılsın və həyatım təhlükə altında qalmasın. Mən də bunlar kimi balta götürüb döyüşəsi deyiləm axı. İstəyim odur ki, məni öldürməsinlər”.

Murad Quliyev
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi