12-02-2016 [13:26]
Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub.
Mia.az anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma, hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.
Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görərərək dərhal polisə xəbər verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.
Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir.
Çəkiliş qrupu hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildiriblər ki, onlar dəm qazından boğulublar.
Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı elə ola bilməzdi".
Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib.
Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi