Çempionlar Liqası: “Lokomotiv” İsveçrə klubuna qalib gəlib

img

10-02-2016 [23:05]


Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib.
 
Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası "Lokomotiv” 10 qat İsveçrə çempionu "Volero”nu qəbul edib.
 
Оyun "Lokomotiv” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, "Qızıl set”ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi "Lokomotiv”in növbəti mərhələ yolunu bağlayacaq.
 
Çempionlar Liqası
1/6 final, ilk oyun
10 fevral
"Lokomotiv” (Azərbaycan) – "Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA