08-02-2016 [17:06]
Fevralın 6-sı gecə saatlarında Binəqədi Rayon Mühafizə İdarəsi (RMİ) tərəfindən qorunan rayon ərazisindəki "Ucuz” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan "həyəcan” siqnalı yoxlanılan zaman, obyektin giriş qapısına oğurluq məqsədilə müdaxilə olunduğu aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə,hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçmaq istərkən RMİ əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə 4-cü Polis Bölməsinə təhvil verilib.
Araşdırma zamanı həmin şəxsin Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Məmmədov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı mağazanın qapısını sındırmaq üçün istifadə etdiyi dəmir ling və bıçaq aşkar olunaraq götürülüb. Müşahidə qurğularına baxış keçirilərkən K.Məmmədovun həmin gün Nəsimi RMİ tərəfindən mühafizə olunan "Butastore” supermarketindən də oğurluğa cəhd etdiyi müəyyənləşdirilib.
Rayon mühafizə idarəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu tədbir nəticəsində vətəndaşın xüsusi vasitələrlə qorunan mənzilindən oğurluq edilməsinin də qarşısı vaxtında alınıb.
6-cı mikrorayon ərazisində yerləşən mənzillərin birindən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan "həyəcan” siqnalı yoxlanılan zaman, oğurluq məqsədi ilə həmin evə daxil olmuş Sumqayıt şəhər sakini Əfsanə Muxtarova saxlanılaraq ərazi üzrə 7-ci Polis Bölməsinə təhvil verilib.
Gecə saatlarında Mərkəzi Mühafizə Məntəqəsinə Göradil qəsəbəsindəki bağ evindən daxil olan "həyəcan” siqnalı əsasında idarənin tutucu qrupunun əməkdaşları hadisə yerinə yollanıb. Baxış zamanı pəncərənin dəmir barmaqlıqların sındırıldığı və açıq olduğu aşkar edilib. Polis əməkdaşlarının çevikliyi sayəsində qarət məqsədi ilə mənzilə daxil olan iki nəfər zərərsizləşdirilərək ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib. Araşdırmalar zamanı həmin şəxslərin Qubad İbadov və əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov olduğu məlum olub. M.Seyidovun üzərindən uzunluğu 35-50 sm olan bıçaq və narkotik maddə aşkar edilərək götürülüb.
Hər 3 faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nazirlikdən bildirilib ki, 2016-cı ilin yanvar ayından indiyədək BMİ-nin idarə, şöbə və bölmələri tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 10-dan artıq oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Hazırda, DİN-in Mühafizə Xidməti tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu səbəbdən yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir yerli və əcnəbi vətəndaş DİN-in BMİ-nə və onun yerli qurumlarına müraciət edə bilər.
Murad Əhməd



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi