"Prezidentdən icazə almışam..." - Rövnəq Abdullayev (VİDEO)

img

04-02-2016 [16:39]


"Ölkə başçısından Qaradağ, Pirallahı və SOCAR-ın torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınması ilə bağlı icazə almışam”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşü zamanı deyib. 

SOCAR prezidenti qeyd edib ki, proqramın icrasına gələn həftədən başlanılacaq: "Bütün neftçi gəncləri evlə təmin etməyə çalışacağıq və proqram gələn həftədən başlanacaq. Bu, sizə bayram hədiyyəsi olacaq. Artıq SOCAR-ın bir neçə idarəsinə tapşırılıb və hazırlıq işləri görülür. Hər idarəyə imkan yaradılacaq ki, torpaq sahəsi götürsün”.

R.Abdullayevin sözlərinə görə, neftçilərə təqdim olunacaq uzunmüddətli kreditlər əmək haqqından tutulacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA