30-01-2016 [15:16]
"Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç futbolxeber.az saytına müsahibə verib. "Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- "Bakı”ya qayıdacağınız haqda yayılan xəbərlər nə dərəcədə realdı?
- Mətbuatda yayılan xəbərlər şaiyədir. Bu günlərdə "Bakı”ya qayıtmayacağam. Çünki klubdan hər hansı bir təklif almamışam.
- Bəs təklif olsa, qayıdarsız?
- Mən "Bakı”dan getdikdən sonra mətbuatda haqqımda çox əsassız sözlər deyildi.
- Yəqin ki, "Bakı”dan FİFA-ya şikayət edəcəyiniz haqda yayılan xəbərləri deyirsiz...
- Bəli, indi bəzi məqamlara aydınlıq gətirmək istərdik. Milinko Pantiç Hafiz Məmmədovun prezidenti olduğu "Bakı” klubundan heç vaxt FİFA və ya başqa bir quruma şikayət etməyib və etməyəcək də. Çünki Hafiz Məmmədovla mənim aramda çox yaxşı dostluq münasibəti var, biz dostuq. Dost da həmişə dar gündə tanınar. Mən əsgərəm, Hafiz Məmmədov da mənim generalım. O general vətəni Azərbaycan üçün misli görünməyən işlər görüb və görməyə də davam edir. Bu günə kimi müxtəlif klublarda oynamışam, məşqçilik etmişəm. Amma Hafiz Məmmədov kimi vətənpərvər rəhbərim heç vaxt olmayıb. Heç gələcəkdə də olacağına inanmıram.
- Hafiz Məmmədovun ideyası olan "Land of fire Azerbaijan” brendinin özünü doğrultduğunu əminliklə söyləmək mümkündür?

- Azərbaycan günü-gündən dünya arenasında tanınmağa davam edir. Bunda Hafiz Məmmədovun əməyi böyükdür. Etiraf edək ki, daha əvvəl avropalılar Azərbaycan haqda geniş məlumata sahib deyildilər. Lakin "Land of Fire Azerbaijan”dan sonra çoxları Azərbaycanın harada yerləşdiyini, necə bir ölkə olduğunu çox gözəl öyrəndi. Azərbaycanın Hafiz Məmmədov kimi insanlara ehtiyacı var. O, böyük ürəyə malik insandi.
- Ümumiyyətlə, "Bakı” ilə aranızda maddi baxımdan məsələ açıq qalıb?
- Azərbaycanda çalışanda maddi cəhətəen itirdiklərim oldu. Amma buna baxmayaraq, sözün əsl mənasında minlərlə gözəlliyə malik olan ölkəni və insanları tanıdım. Bakıda insanlar mənə qarşı daim yaxşı rəftar ediblər. Daim özümə qarşı hörmət görmüşəm. Ölkənizdə özümə xeyli dost qazandım. Azərbaycanlılar çox vətənpərvərdilər və gözəl ürəyə sahibdilər.
- "Bakı”da rəhbərliyiniz altında çıxış edən futbolçularla bu gün də əlaqə saxlayırsız?
- "Bakı”da birgə çalışdığım hər bir oyunçu ilə fəxr edirəm. Bu gün də hər biri ilə maraqlanıram. Klubda vaxtı ilə birgə çalışdığım yerli oyunçuların uğuruna sevinirəm. Hazırda Premyer Liqanın demək olar ki, hər klubunda "Bakı”nın 2-3 yetirməsi var. Bu, qürurvericidi.
- Amma "Bakı” bu gün I divizionda çıxış edir.
- Arzu edirəm ki, Hafiz Məmmədovun işləri tezliklə qaydasına düşsün və "Bakı” tezliklə Premyer Liqaya qayıtsın. Çünki onlarsız Premyer Liqa ürəksiz bir bədəndi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi