Sumqayıtda silahlı insident; bir ölü, bir yaralı var (Yenilənib)

img

20-02-2010 [12:43]


[b]Qətlə yetirilən Vüqar Balayev millət vəkili İqbal Ağazadənin qohumudur[/b] Bu gün səhər saatlarında Sumqayıtda atışma olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hadisə Sumqayıt şəhəri, birinci mikrorayonda baş verib. Belə ki, iki nəfər Sumqayıt sakininə silahlı hücüm olub. Odlu silahdan açılan atəş nəticəsində onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Silahlı hücuma məruz qalanların Sumqayıtda valyutadəyişmə məntəqələrinin birində çalışdığı bildirilir. Hadisəni törədənlərin kimliyi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, silahlı hücuma məruz qalanların millət vəkili İqbal Ağazadənin qohumlarıd;r.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA