Bir gündə üç əsgərimiz həlak olub, 4 əsgər isə yaralanıb (Yenilənib)

img

18-02-2010 [03:30]


Bu gün saat 13:00 radələrində Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında olan Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində yerləşən mövqelərini atəşə tutublar. Anspress-in Qarabağ bürosunun verdiyi məlumata görə, açılan atəş nəticəsində Azərbaycan milli ordusunun bir əsgəri yaralanıb. Yaralı əsgərimiz yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Verilən son məlumata görə, Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanmış Azərbaycan əsgəri Sahil Novruz oğlu Məmmədov da dünyasını dəyişib. Bu gün saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonun işğal altındakı Gülçülük Savxozu ərazisindən atəş açması nəiticəsində milli ordumuzun daha bir əsgəri Xəyal Bəşər oğlu Fərəcov həlak olub. O, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıbmış. Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Rüstəmov Davud Rüstəmmuradoviçdir. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıxov ANS-ə açıqlamasında qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin apardığı təlimlərlə əlaqədar xüsusi fəallaşdığını qeyd edib və xəbəri təsdiqləyib. N.Sadıxov bildirib ki, Azərbaycan tərəfindən adekvat tədbirlər görülüb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, həqiqətən də bu gün atışma baş verib. ?Ümumiyyətlə son günlər cəbhə xəttində atəşkəs rejimi erməni Silahlı Qüvvələri tərəfindən tez-tez pozulur və bu zaman itki qaçılmazdır. Bu gün də cəbhənin müxtəlif istiqamətlərində intensiv atışmalar olub. Nəticədə Milli Ordunun 3 əsgəri şəhid olub. Düşmən tərəfi də bizdən az itki verməyərək geri çəkilmişdir", - deyə o bildirib. O həmçinin qeyd edib ki, bir nəfər əsgərimiz yaralanıb. Hazırda onun vəziyyəti kafidir. Qeyd edək ki, Beyləqan istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha 4 əsgəri yaralandığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA