ilham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Soçidəki görüzü baza çatıb (yenilənib)

img

25-01-2010 [02:09]


Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Rusiyanın Soçi şəhərində üçtərəfli görüşü başlayıb. ?Krasnaya polyana? Qəbul Evində baş tutan görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edirlər. Verilən məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Sergey Prixodko, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan prezident aparatının direktor müavini Vigen Sarkisyan iştirak edir. Prezidentlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilir. Verilən məlumata görə, Soçidə ?Krasnaya polyana? qəbul evində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü başa çatıb. Ölkə başşıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA