Nardaranın izığı və qazı kəsilib, sakinlər yenidən imam Hüseyn meydanına toplazıb, mazın təkərlərinə od vurublar (Yenilənib)

img

04-12-2009 [08:02]


3 dekabrdan Nardaranın qaz və elektrik təminatı kəsilib və bü gün səhərdən Nardaranlılar yenidən İmam Hüseyn meydanına toplaşıb məsələnin həlli yollarını axtarırlar. Seşkilər ərəfəsində nə bələdiyyələrə namizədlər, nədə məmurlar problemi həll etmək istəmir, deyəsən yenidən seçkinin ləğvini planlaşdıran Nardaran sakinləri bu fikrlərinə görə iqtidar tərəfindən cəzalandırılırlar. Məşhədi Natiq Kərimov isə birlik.az-a bildirib ki, toplaşmışıq məsələniy həlli yollarını axtarılır: ?Belə gedə bilməz artıq iki gündür ki, Nardaranda qaz və işıq yoxdur, camaatın maddi vəziyyəti o qədər ağırdır ki, qaz-işıq pulunu ödəyə bilmirlər. İşsizlik və imkansızlıq problemi ilə yaşayanlarla belə rəftar etmək olmaz. Bələdiyyələr artıq yaddan çıxıb, bu dəqiqə başımız bu işə qarışıb, bu vəziyyətdə onsuzda heş kəz seşkiyə getməyəcək? Nardaranın Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadliqRadiosuna deyib ki, hazırda Nardarana gələn avtomobil yollarını bağlayıblar, qəsəbənin ortasında maşın təkərlərinə od vurublar. Əraziyə polis gəlib. Amma Natiq Kərimovun dediyinə görə, heç bir qarşıdurma müşahidə olunmayıb. "Bakıelektrikşəbəkə"nin enerji paylayıcı şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, Nardaran qəsəbəsinə elektrik enerjisini yalnız Həcc ziyarətindən gələnlər olduğu üçün, onlara hörmət əlaməti olaraq bərpa ediblər. Onun bildirdiyinə görə üç il yarıdmdır ki, bu qəsəbədə elektrik sayğacları qoymağa çalışırlar, amma sakinlər buna imkan vermirlər. Tanrıverdi Mustafayev dəqiq məbləği xatırlamasa da ümumilikdə son üç il yarımda Nardaranın elektrik enerjisinin haqqını ödəmədiyini bildirib. Naradaran sakinləri isə əksəriyyət pulu vaxtinda ödədiyini və pulu kimsə yediyini iddia edirlər. Onlar hesab edirlər ki, kimsə nardaranlilari qəsdən qiciqlandirib sabitliyi pozmaga çalisir. Son məlumata görə, Nardarandan qəsəbəyəsinə elektrik enerjisinin verilməsi bərpa olunub və aksiya dayandırılıb. Amma qəsəbə sakinləri dekabrın 5-də yenidən İmam Hüseyn meydanında aksiya keçirib məsələni çözməyə çalısacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA