Bakıda polis mayoru digər polisi bıçaqla qətlə yetirdi (yenilənib)

img

02-12-2009 [02:26]


Dünən axşam saatlarında Bakı şəhəri ərazisində, Nəsimi rayonunda iki polis əməkdaşı arasında münaqişə baş verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Əliyev Zaur Çevik Polis Alayının əməkdaşı Qafarov Turalı münaqişə zamanı onu bıçaqlayıb. İkinci boyun nayihəsindən aldığı xəsarətdən dünyasını dəyişib. Məsələylə bağlı Nəsimi rayon Polis İdarəsinin və hadisənin baş verdiyi 22-ci poli bölməsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Hər iki hissədən hadisə dünən axşam baş verdiyi üçün bu barədə məlumat verə bilməyəcəklərini dedilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə məsələni araşdırıb məlumat verəcəyini bildirdi. Nəsimi rayon prokurorunun köməkçisi Günya Səlimzadənin verdiyi məlumata görə, hadisəni törədən Əliyev Zaur hazırda şübhəli şəxs qismində saxlanılıb və onun barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Prokuror köməkçisi onu da vurğulayıb ki, ilkin araşdırmanın nəticəsinə görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Qeyd edək ki, polis əməkdaşlarının yeznə-qayın olduğu və münaqişənin yaranmasına səbəb isə noyabrın 20-də T.Qafarovun Z.Əliyevin bacısını boşaması olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA