Səfər Əbiyev orduda yeni kadr islahatları aparıb (yenilənib)

img

04-11-2009 [08:49]


[b]General Mahmud Həmzəyev korpus komandiri vəzifəsindən çıxarılıb[/b] Orduda yeni kadr islahatları aparılıb. Beyləqanda yerləşən hərbi birləşmənin (korpus) komandiri general Mahmud Həmzəyev vəzifədən kənarlaşdırılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən şəxsin sözlərinə görə, M.Həmzəyevin işdən çıxarılması son dövrlər sözügüdən korpusda neqativ halların yaşanması ilə bağlıdır. Digər bir kadr islahatı isə Heydər Əliyev adına Azərbaycan Alı Hərbi Məktəbin rəisi Heydər Piriyevlə bağlıdır. Belə ki, onun da tutduğu vəzifədən kənarlaşdırılaraq, Naxçıvanda yerləşən korpusa qərargah rəisi göndərildiyi bildirilir. Müstəqil İnformasiya Agentliyinin dünən yaydığı xəbəri Müdafiə Nazirliyi bu gün təsdiqləyib. Belə ki, korpus komandiri Mahmud Həmzəyev təqaüdə göndərilib, Heydər Əliyev adına Ali Hərbi Məktəbinin rəisi Heydər Piriyev isə başqa bir korpusa qərargah rəisi təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA