Türkiyə prezidenti Abdulla Gül ilham Əliyevə telefon açıb (yenilənib)

img

21-10-2009 [03:05]


Türkiyə prezidenti Abdulla Gül Azərbaycan Prezidenti İlham Əliyevə telefon açıb. Müstəqil İnformasiya Agentliyi Türkiyənın ATV kanalına istinadən xəbər verir ki, prezidentlər hər iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Ölkə başçılari arasındakı telefon danışığında çətin bir mərhələdə ortaya çıxan bəzi emosional təpkilərin aradan qaldırılması barədə razılığa gəlindiyi bildirilib. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə prezidenti Abdullah Gül bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyil. Dövlətimizin başçısı bu mövqeyə görə minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA