?GEN? MMC-dən narazıların aksiyasına imkan verilmədi (yenilənib)

img

12-09-2009 [01:47]


?400 nəfərdən çox şəxs ?GEN? MMC tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı keçirilən məhkəmə prosesinə etiraz əlaməti olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırsa da, bu, baş tutmayıb. Nəzərinizə çatdırım ki, ?GEN? MMC şirkəti ilə bağlı cinayət işinə nə ilkin istintaq zamanı, nə də məhkəmədə obyektiv baxılmadığına görə, zərərçəkmişlər ölkə başçısına müraciət də ünvanlamaq fikrindəydi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, faktiki olaraq, rüşvət almış icra başçıları və digər məmurların da cinayət işinə cəlb edilməməsi ilə bağlı vəsadət qaldırıb: ?Bu gün saat 11-də özünü Nəsimi rayon Polis İdarəsinin rəis müavini kimi təqdim edən Vaqif Müslümov bildirdi ki, aksiyanı ofisinizdə keçirin. Lakin ona bunun qeyri-mümkünlüyünü dedim. O, rəislə məsləhətləşəndən sonra şəhərdə tıxacın olacağını bəhanə edərək, rəsmi şəkildə mənə bildirdi ki, aksiyaçılara güc tətbiq ediləcək. Ona görə də hər hansı insidentin olmaması üçün bizi, aksiyanın keçirilməsi fikrindən daşındırmağa çalışdılar. Mən də qarşıdurmanın olmaması üçün aksiya təşkilatçılarının birinə dedim ki, mümkün qədər tezliklə bu informasiyanı digər aksiyaçılara da çatdırsınlar?. V.İsgəndərov onu da bildirib ki, aksiya baş tutmadığı üçün mətbuat konfransı keçiriləcək: ?Biz, baş verən hadisələrlə bağlı ölkə başçısına müraciət ünvanlamaq iqtidarındayıq. Lakin bunun üçün 400 nəfər zərərçəkmişi bir yerə toparlayıb həmin müraciəti imzalatmalıyıq, amma buna hansısa ofisdə etmək mümkün deyil?. Hüquq müdafiəçisi həm də deyib ki, rüşvətxorluqda təqsirli bilinənlərə qarşı məhkəmədə ciddi tədbir görülməməsi barədə vəsadətini sentyabrın 15-də hakim Eynulla Vəliyevə təqdim edəcək. Bir qədər öncə Vidadi İsgəndərov redaksiyamızla əlaqə saxlayaraq, bildirib ki, təxminən 50-yə yaxın zərərçəkmiş Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin qarşısında aksiya keçirməyə cəhd edib: ?Narazılar polisin müdaxiləsinə məruz qalıblar. Lakin müdaxilə zamanı zərərçəkən olmayıb. Bununla da mənim vəsatətimə həmin 50 yaxın zərəçəkmiş imzalarını ataraq ölkə başçsına müraciət ünvanlayıblar. Digər zərəçəkmişlər isə polisin müdaxiləsinə məruz qaldıqlarına görə, vəsatəti məhkəmdə imzalayacaqlar. Nəzərinizə çatdırım ki, senytabrın 15-nə kimi təxirə salınan məhkəmə heç bir səbəb göstərilmədən yenidən 20-nə kimi təxirə salınıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA