Azərbaycan tərəfinə keçən ermənilərin adları açıqlanıb (yenilənib)

img

01-06-2009 [02:09]


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası erməni hərbçilərin Azərbaycan tərəfə keçməsi ilə əlaqədar məlumat yayıb. Sözügedən qurumun saytının yaydığı məluta görə, 31 may 2009-cu il tarixdə, saat 13:00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri ? 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç Azərbaycan tərəfinə keçiblər. Hazırda həmin şəxslər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxlanılır və barələrində zəruri araşdırmalar aparılır. Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Müdafiə Nazirliyi (MN) mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Azərbaycan tərəfinə keçən erməni əsgərlərindən ilkin izahatın alındığını bildirib: ?Həmin əsgərlər 38862 saylı hərbi hissənin 7-ci motoatıcı bölüyünün əsgərləridir. Hər iki əsgər Ermənistan ordusunda baş verən haqsızlıqlardan, onlara əziyyət verildiyindən şikayət ediblər. Buna görə də Azərbaycan tərəfinə təslim olublar. Hazırda nazirliyin müvafiq məntəqəsində saxlanılırlar. Onlarla bağlı hansı tədbirin görüləcəyinə zamanla qərar veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA