Neft Akademiyasına silahlı basqınla bağlı bir nəfər zübhəli zəxs qismində saxlanılıb (video)

img

01-05-2009 [01:34]


Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı bu gün bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANSPRESS-ə verdiyi məlumata görə, bu, Nadir Şirxan oğlu Əliyevdir. Onun ətrafında əməliyyat istintaq tədbirləri həyata keçilir. Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü öldürüb. Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, ?Makarov? tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. [center][flash width=425 height=350]http://www.youtube.com/v/DBds9O6X67Q[/flash] [flash width=425 height=350]http://www.youtube.com/v/POUZCpsquoE[/flash] [flash width=425 height=350]http://www.youtube.com/v/ht6CMC17YB0[/flash][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA