Təhsil Nazirliyinin əməkdaşları ilə bağlı məhkəmə başlayır

img

06-07-2013 [20:12]


Ötən il saxta diplom satmaqda ittiham olunaraq həbs olunmuş Təhsil Nazirliyinin sabiq əməkdaşı, «Zəngəzur» mətbəəsinin direktoru və bir neçə müəllimin işi üzrə apellyasiya məhkəməsinə start verilir.

Bu barədə mia.az-a daxil olan məlumatda qeyd olunur ki, iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmündən verilmiş şikayətlə bağlı ilkin proses keçiriləcək: «Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-ci maddələri ilə ittiham olunan Orxan Kərimov, habelə "Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov (Cinayət Məcəlləsinin 308.2 və 320.1-ci maddələri), Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov (Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-ci maddələri) və onun qardaşı Rafiq Hüseynovun (Cinayət Məcəlləsinin 29,178.3.2, 310, 311.3.1, 311.3.2, 311.3.3, 320.1, 320.2-ci maddələri) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış saatı təyin olunub. Hakim Əflatun Qasımov iyulun 12-də şikayətin icraata qəbul olunub-olunmayacağı haqda qərarını verəcək».

Xatırladaq ki, aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə "Zəngəzur” mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə hökmünü verib. Hökmə əsasən, Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA