28-01-2016 [15:54]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasına xəsarət yetirməkdə təqsirləndirilən Şamil Əhmədov Abdulla oğlunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ş.Əhmədov, zərərçəkmişin hüquqi varisi Əfsanə Hüseynova, Təranə Hüseynova və Ş.Əhmədovun qardaşı Kamil Əhmədov ifadə verib.
Ş.Əhmədov ifadəsində hadisə haqda danışıb: "2013-cü ilin iyun ayının 18-i idi. Azərbaycandan Rusiyaya getməyə hazırlaşırdım. Gecə saat 23:00 radələrində bir az pivə içib keçmiş həyat yoldaşım Təranə Hüseynovanın yaşadığı mənzilə getdim. İki azyaşlı qızımı görmək istəyirdim. Təranə ilə çoxdan ayrılmışdıq. O, müğənnidir, toylarda mahnı oxuyur. Elə ayrılmağmıza da səbəb onun toylarda ifa etməsi olub. Həmin gün Təranəyə zəng elədim. Mənə toydan evə qayıtdığını dedi. Taksidən düşəndə onun geyimi xoşuma gəlmədi. Dəfələrlə Təranə ilə aramızda mübahisə düşürdü. Yenə onunla mübahisə etdim. Mübahisədən sonra maşına oturdum. Bu zaman Təranə yerə yıxıldı. Maşından düşüb onu yerdən qaldırmaq istədim. Qızlarım çox qorxdu. Bizim səsimizə onun atası Təyyar Hüseynov gəldi. Onun əlində elektroşok cihazı var idi. Əvvəl onun əlindən vurdum. Sonra kişinin sinəsindən itələdim. Hadisə zamanı qardaşım da ora gəlmişdi. Məni oradan uzaqlaşdırdı. Maşınımın da qabaq hissəsinin pəncərəsi sındırılmışdı. Sonra mənə onu Təranənin bacısı Əfsanənin etdiyini dedilər. İyunun 22-də də Rusiyaya getdim. Orada eşitim ki, Təyyar Hüseynov xəstəxanada ölüb".
Daha sonra müğənni Təranə Hüseynova ifadə verib. T.Hüseynova bildirib ki, Ş.Əhmədov onun müğənni olmasından əvvəllər də xəbərdar olub: "Mən 17 yaşımdan mahnı oxuyuram. Mahnı yarışmalarının iştirakçısı olmuşam. İkinci övladım dünyaya gələnə qədər toylarda ifa edirdim. Şamillə aramızda həmişə mübahisə düşürdü. Daha əvvəl iki dəfə həbs edilib. Yəni, Şamil həmin vaxtlar da bizim ailəyə ziyan vurub. O, həbsdə olan zaman toylara gedib qazandığım pullardan ona gətirib verirdim. Hadisə günü Şamil gəlib məni döydü. Sonra atamı vurdu. Atam ona görə öldü. Elə anam da atamın ölümündən sonra dünyasını dəyişdi".
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2013-cü ilin iyun ayının 18-də Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada baş verib. Bir müddət əvvəl həyat yoldaşı Təranə Hüseynovada ayrılan Əhmədov Şamil Abdulla oğlu onunla barışmaq üçün yaşadığı ünvana gəlib. Ş.Əhmədov keçmiş həyat yoldaşını zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb. O, keçmiş həyat yoldaşını azyaşlı qızlarının gözü önündə döyüb. Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Ş.Əhmədov Rusiya Federasiyasına qaçıb. O, bir müddət sonra Sumqayıt şəhər hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Daha sonra Rusiyada tutulan Ş.Əhmədov Azərbaycana təhvil verilib.
Ş.Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən ittiham olunur.
Xatırladaq ki, Ş.Əhmədov bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunub(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi